Hər-hansı infeksion xəstəlik və virusdan söhbət gedirsə, təbii ki, onun istənilən anda alovlanması mümkündür. Bu yenə də insan amilindən asılıdır.
Bakupost.az xəbər verir ki, bu barədə “Sabaha saxlamayaq” verilişində Tədris Terapevtik klinikasının şöbə müdiri Cavanşir Məhərrəmov açıqlama verib.
“Rəqəm olaraq yoluxma azdır, 10-nun altına düşüb, vacibdir ki, qorunub, bu rəqəmlərdə saxlayaq.
Koronavirusda mutasiyalar o qədər çox gedib ki, artıq virus özü də zəifləyib.
Bizə şərait yaradıb ki, rahat nəfəs alaq. Amma bu hər şeyin tam bitdiyi anlamına gəlmir.
Dünya ölkələrinin basqısı, təzyiqi səbəbindən karantin yumşalmaları oldu, maska çox vacib idi, onu ləğv etdik. Amma biz kütləvi sıx yerlərdə yenə də maskadan istifadə etməliyik. Qanun çox şey deyə bilər. Yenə də diqqətli olmalıyıq, bu məsələyə nəzarət etməliyik. Ən azı yaxın 1 il üçün təhlükə var”.