Azərbaycanda koronavirusun hansı genotipitinin, mutasiyasının yayılması araşdırılır.
Medicina.az xəbər verir ki, bunun üçün prezidentin tapşırığı ilə Milli Hemotologiya mərkəzində ötən il quraşdırılmış molekulyar genetika laboratoriyasının unikal imkanları ilə ölkəmizdə koronavirusun hansı mutasiyasının yayıldığı elmi tədqiqatlarla araşdırılıb aşkarlanacaq.
Sekrenləşmə analizləri ilə virusun genomu öyrəniləcək.
Təbib rəhbəri bildirib ki, bu tədqiqatlara xüsusi dövlət proqramı ilə xaricdə təhsil alıb ixtisaslaşmış gənc elmi mütəxəssislər və genetiklər bu tədiqiqatlara cəlb olunub.