"Azərbaycanda koronavirusa yoluxanların 50,2 faizi paytaxt Bakının payına düşür".
Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. Yoluxma sayına görə ikinci yerdə 12,4 %-lə Gəncə-Qazax, 12,3 %-lə isə Abşeron rayonudur.
Ümumilikdə, virusa yoluxma Aran rayonlarında 8,8 %, Lənkəranda 7,2 %, Dağlıq Şirvanda 1,8 %, Şəki-Zaqatala zonasında 1,7 %, Quba-Xaçmazda 1,5 %, Yuxarı Qarabağda isə 1,2 % təşkil edib. Ölkə üzrə ən az koronavirusa yoluxma isə 0,05 %-lə Naxçıvanda olub.
Paytax ərazisində isə koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür. Onu Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları izləyir.
Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.
Xatırladaq ki, bu günə kimi 10324 nəfər virusa yoluxub.