Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirusu yüngül keçirən şəxslərin evdə müalicəsi ilə bağlı qərar qəbul edib.
Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.
Qərarla təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasına əlavələr edilib. Belə ki, yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs ümumi istifadə yerlərini tez-tez havalandırmaqla yanaşı, mənzili (evi) tərk etməməlidir.
Xəstələrin evdə müşahidə meyarları aşağıdakılardır:
Klinik, laborator və rentgenoloji yaxşılaşma əldə olunan xəstələr
COVID-19 yüngül simptomlar/simptomları olmayan
COVID-19-a yoluxmuş şəxslərin halını pisləşdirə biləcək digər xroniki xəstəliklər olmadıqda
Şəxsin və ya qəyyumunun smartfonunun mövcudluğu
24/7 internet çıxışının olması
Xəstə evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə, lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.
COVID-19 xəstələrin evdə müalicə sxemi (18 yaşdan yuxarı olan şəxslər üçün müalicə sxemi):
Ümumi ev karantini:
Arbidol 200 mg x 3 dəfə 10 gün
Vit C tablet 1000 mg x 4 dəfə 10 gün
Vit D 20 mg/20000 iu günaşırı 2 ay
Zink 25 mg 1 dəfə 10 gün
Temperatur ≥37.5 olarsa: Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün;
Ceftriaxon 1.0 x 2 dəfə ə/d və/və ya Moxifloxacin 400 mg x 1 dəfə 1 həftə;
Paracetamol 500 mg gündə maximum 4 dəfə (hərarət olduqda)
Öskürək olarsa: Asetilsistein 600 mg gündə 1 dəfə;
İnhalasiya: salbutamol 5 mg 1 ampul + NaCl 0.9% 3 ml;
Şikayətlər itənə qədər
Dispeptik əlamətləri olarsa: Linex 2 kapsul gündə 3 dəfə və ya Enterol 2 kapsul gündə 1 dəfə;
İshal yaranarsa: Loperamide 4 mg gündə 1 dəfə (max. 8 mg);
Pantoprazol 40 mg gündə 1 dəfə;
Şikayətlər yaxşılaşana qədər 18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi
Simptomlar olmadıqda müalicə başlanılmır.
Hər hansı simptom başladıqda:
Vit C:
0-6 ay 40 mg/gün
6-12 ay 50 mg/gün
1-3 yaş: 15 mg/gün
3-8 yaş: 25 mg/gün
8-13 yaş: 45 mg/gün
13-18 yaş: 75 mg/gün
Azitromisin:
1-5 ay 10 mg/kg per os gündə 2 dəfə
6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün
Öskürək olduqda:
Öskürək üçün sirop
İnhalasiya: sabutamol 2.5 mg + NaCl 0.9% 2 ml
Hərarət olduqda:
Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda)
COVID-19 təsdiqlənmiş/şübhəli xəstələrlə təmasda olmuş şəxslər “Ümumi ev karantini” sxeminə uyğun preparatları qəbul etməlidir.
Yüksək riskli xəstələr xəstəxana triajına göndərilir. Orta riskli şəxslər isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Klinik pisləşmə olarsa xəstəxana triajına göndərilir. Aşağı risklı şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.