Azərbaycanda təkcə mart ayında ölkə üzrə koronaviruslu xəstələrin müayinə -müalicəsinə 10 min tibb işçisi cəlb edilmişdi. Aprel ayı üzrə bu rəqəm bir qədər də artıb və dəqiq say hesablanır.
Medicina.az xəbər verir ki, bunu Operativ qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.