Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusla bağlı vəziyyət niyə gərginləşdi - Həkim səbəbləri AÇIQLADI

  • 2020.12.11 16:10
  • 2249 Baxış
Azərbaycanda koronavirusla bağlı vəziyyət niyə gərginləşdi -  Həkim səbəbləri AÇIQLADI


Azərbaycanda koronavirusla vəziyyətin bu həddə gərginləşməsinin əsas səbəbi sərt karantin rejiminin düzgün tətbiq olunmaması ilə bağlıdır.


Medicina.az xəbər verir ki, Azərbaycanda gündəlik yoluxma açıqlanən rəsmi 4000 nəfər yox, 2 dəfə çoxdur.


Nevroloq həkim Qalib Əsədov bildirib ki, infeksion xəstəliklərlə mübarizədə 1 bir qızıl qayda var: infeksion ocaq – yəni koronavirusa yoluxmuş şəxs tez aşkar olunsun və həmin andan o insan təcrid edilib, tez müalicəyə başlansın.
Bunun üçün də mümkün qədər çox test olunmalıdır.


Bizdə necədir: xəstə özü hiss edir ki, xəstələnib, istəsə poliklnikaya xəbər verir, o xəstəyə testi 2-3 günə göndərir, indi heç o da göndərilmir, sonra cavab 1 həftəyə gəlir. O vaxta qədər də xəstə ya sağalır, ya da ağırlaşır.


Bu gün test verib hələ cavabını almayan, buna görə də işə gedən, yolda gəzən, hər yerə gedən minlərlə xəstə var.
Karantini sərtləşdirmək yox, testləri tez həll etmək lazımdır”