Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Medicina.az xəbər verir ki, brifinqdə Koronavirusla Mübarizəyə dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvləri – deputat Ziyad Səmədzadə və Fərhad Bədəlbəyli, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva iştirak edir.