Son sutka ərzində Azərbaycanda koronavirusla bağlı 6072 test edilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla da ölkədə koronavirus testlərinin sayı 232 77-yə çatıb.
Həmçinin, Azərbaycanda ümumilikdə 3274 nəfər koronavirusa yoluxub. Onlardan 1220-si aktiv xəstədir. 44 nəfər reanimasiyada, 25 nəfər süni tənəffüs aparatındadır.
İndiyədək 2015 nəfər koronavirusa qalib gəlib.