TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 11-nə olan statistik göstəriciləri açıqlayıb.
Medicina.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 134 test edildiyi bildirilib. Onlardan 70-nin nəticəsi pozitiv çıxıb.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 197 545 test aparılıb. İndiyədək ölkədə 2589 yoluxma faktı qeydə alınıb, onlardan 1680-ni sağalıb, 32 nəfər isə vəfat edib. Hazırda aktiv xəstələrin sayı 877-dir.