Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusdan ölən vəzifəli şəxslər FOTO

  • 2020.12.04 15:24
  • 3836 Baxış
Azərbaycanda koronavirusdan ölən vəzifəli şəxslər  FOTO

Dünyanı cənginə alan pandemiya Azərbaycandan da yan keçməyib. Hər gün minlərlə şəxs koronavirusa yoluxur, onlarla ölkə vətəndaşı bu xəstəlikdən həyatını itirir.

Koronavirusa yoluxaraq vəfat edənlər arasında yüksək vəzifə tutan şəxslər də var.


Onlardan bir neçəsini təqdim edirik.

Koronavirusa yoluxan Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı Vahid Tağıyev noyabrın 28-də müalicə aldığı tibb mərkəzində dünyasını dəyişib. O, Bakı şəhəri Binəqədi rayon Qəbirstanlığında torpağa tapşırılıb.

Dekabrın 2-də Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib. O, 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.

Dekabrın 3-də Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib. Vəfat etməzdən bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.

Dekabrın 4-də isə Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib. 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış. E.Yəhyayevin doğulduğu Sabirabad rayonunda dəfn ediləcəyi bildirilir./Yenisabah.az

Allah hər birinə rəhmət eləsin!