İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxmuş uşaqlar barədə danışıb.
Medicina.az xəbər verir ki, o bildirib ki, ölkədə koronavirusa yoluxmuş uşaqlar arasında bu günədək ağırlaşma halı qeydə alınmayıb.
"Bəli, azyaşlı xəstələrimiz də olub. Təəssüf ki, heç kim bundan sığortalanmayıb. Amma uşaqlar arasında ağırlaşanlar olmayıb. Onların hamısı sağalıb. Onlarda iki dəfə test nəticəsi mənfi olduqdan sonra evə buraxılıb”.