Regionlar üzrə koronavirus infeksiyasının yayılma statistikası açıqlanıb.
Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, Bakı 47.5, Gəncə-Qazax 13,6, Aran 10,2, Lənkəran 9.4, Şəki-Zaqatala 1, ölkə xarici 9,1 faiz faiz təşkil edib.
“Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır”, deyə R.Bayramlı bildirib.