Azərbaycanda indiyədək ümumilikdə koronavirusa yoluxanların sayı 28 980 nəfərə çatdı.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb. 391 nəfər vəfat edib, 7 615 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Ölkədə hazırkı dövrədək isə 658 782 test aparılıb.