Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa yoluxma - 200-ü keçdi

  • 2021.07.17 17:10
  • 3016 Baxış
Azərbaycanda koronavirusa yoluxma   - 200-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.