Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı- AÇIQLAMA

  • 2020.05.01 15:33
  • 2000 Baxış
Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı -  AÇIQLAMA


“Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin virusa yoluxması halları çox azdır”.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, yoluxma halları əsasən, kənar xəstəxanalarda çalışan həmkarları arasında müşahidə olunur:

“Bu da koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin özlərini yaxşı qoruması deməkdir. Kənar xəstəxanalardakı tibb işçiləri bu xəstəlik onlara yoluxmaz deyə, qoruyucu tədbirlər görmürlər”.

H.Harmancı qeyd edib ki, son statistikaya görə 300 tibb işçisi koronavirusa yoluxub.