Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Azərbaycanda koronavirusa yoluxan şəxsin təxliyəsi gözlənilmir”-- Operativ qərargah rəisi

  • 2020.02.28 18:11
  • 2974 Baxış
“Azərbaycanda koronavirusa yoluxan şəxsin təxliyəsi gözlənilmir” -- Operativ qərargah rəisi

“Azərbaycanda ilk koronavirus epidemiyası aşkarlanan xəstə 1997-ci il təvəllüdlüdür”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, xəstə sərhəd-keçid məntəqəsini keçən zaman temperaturunun olduğu aşkarlanıb:

“Rusiya vətəndaşıdır. Ondan müayinə götürülüb. Hazırda vəziyyəti stabildir”.

Y.Qarayeva qeyd edib ki, üç karantin xəstəxana var:

“Onlar Astara, Cəlilabad və Qobustandadır. Bakıda dəstək verici xəstəxanalar da mövcuddur.

Xəstənin Rusiyaya təxliyyəsi barədə hələ düşünülmür”.