Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb.
"Koronavirusinfo.az"ın məlumatına görə, yoluxmalara görə, paytaxt bakı liderdir - 55,1 %.
Onu 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan izləyir. Naxçıvan Muxtar Respublikasında yeni yoluxma faktı qeydə alınmayıb.
Bakı üzrə ən yüksək göstərici isə Binəqədidədir - 12,8%. Sonrakı yerdə 12,4%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,4%-lə Nəsimi, 8,8%-lə Nərimanov, 8,7%-lə Suraxanı, 8,2%-lə Nizami, 5,7%-lə Qaradağ, 4,7%-lə Səbail, 4,2%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.
Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib.