Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb - 8 ölü

  • 2020.07.02 18:55
  • 4772 Baxış
Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb  - 8 ölü

Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Bu gün 6976 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.