Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa 92 yeni yoluxma

  • 2020.09.21 18:32
  • 2330 Baxış
Azərbaycanda koronavirusa 92 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Aktiv xəstə sayı 1868 nəfərdir.

Ölkədə son sutka ərzində 3011, hazırkı dövrədək isə 1 057 803 test aparılıb.