Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.
"BakuPost"un publika.az-a istinadla verdiyi məlumata görə, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
Faiq Tapdıqoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərib.
O, Qərbi Azərbaycan folklorunun qorunub-saxlanılmasında xidmətləri olan müğənni, həmçinin, el şənliklərinin mahir aparıcısı kimi tanınıb.
Xatırladaq ki, bundan öncə də Teymur Mustafayev koronavirusun qurbanı olmuşdu.