Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirus: Ölüm sayı 4 mini keçdi

  • 2021.04.14 16:33
  • 1773 Baxış
Azərbaycanda koronavirus:  Ölüm sayı 4 mini keçdi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32 052 nəfər aktiv xəstə sayını təşkil edib.