Azərbaycan kişilərinin daha da tənbəlləşdiyini görürəm.Kişilər o dərəcədə tənbəlləşiblər ki , həftəlik cinsi əlaqə sayı kəskin şəkildə aşağı düşüb. Əvvəllər belə deyildi. Burada sosial şəbəkələrin, mobil internetin çox ciddi rolu var.
Medicina.az xəbər verir ki, bunu sfera.az-a müsahibəsində uroloq cərrah Vasif İsmayıl deyib.
"Mən həqiqətən övlad sahibi olmaq istəyən insanlara, hansı ki, hər şeyi yoxlayırsan, təhlillər normaldır, o şəxslərə son təklif kimi ucqar dağ kəndinə gedib işıqsız evdə yaşamağı məsləhət görürəm – 1-2 ay. İnanırsınız, neçə ailə elə uşaq sahibi olub. Ondan sonra artıq gəlib ikinci və ya üçüncü uşaq üçün həkim-həkim gəzməyiblər. Uşaq sahibi olmaq üçün nə etmək lazımdır? Münasibətdə olmaq. Əgər sən ayda bir dəfə münasibətdə olursansa, necə uşaq sahibi ola bilərsən? İnsanlar bu fikrə qarşı gəlirlər, düşünürlər ki, qadına bir dəfə yaxınlaşdınsa, həmin saat hamilə qalacaq. Xeyr! Həftədə heç olmasa 3 dəfə münasibətdə olmaq lazımdır. Amma insanlar bu cür etmir, ayda üç dəfə etsələr yaxşıdır. Mən cavan ailələrdən danışıram"