Son illər kişilərdə sonsuzluq problemi aktual olub. Bunun da bir çox səbələri var.
“Medicina” xəbər verir ki, kişilərdə erektil disfunksiya, cinsi iqtidarsızlıq, normal cinsi əlaqə üçün ereksiyaya nail ola bilməmək və ya saxlamaq qabiliyyətinin olmaması deməkdir.
Kişilərin 40 yaşdan yuxarı 50 % - də bu problem baş verir.
Əsas səbəblər: Damar xəstəlikləri zamanı meydana gələn ateroskleroz, ürək xəstəlikləri, diabetik damar xəstəliyi, damar tutulması, hipertoniya xəstəlik, tütün, dislipidemiya, aortanın aşağı hissəsinin keçiriciliyinin pozulması, leykemiya.
Həmçinin penisin patologiyaları səbəbi ilə yaranan travma, penisin birləşdirici toxumasının böyüməsi, anadangəlmə qüsurlar, kavernit, mikropenis.
Həmçinin sonsuzsuluğun neyrogenik, nevroloji səbəbləri var. Onlardan onurğa beyni və ya beynin xəstəlikləri, diabet, xroniki intoksikasiya, böyrək çatışmazlığında inkişaf edən periferik neyropatiyalar, neyrodegenerativ proseslər, çox skleroz, mürəkkəb intervertebral yırtıqlar, əməliyyatdan sonra sinir zədələnməsi, radiasiya terapiyasına məruz qalma, şişlər və.s
Eləcə də dərman amilləri və endokrin, hormonal pozğunluqlar da səbəb ola bilər.
Kişi sonsuzluğu ilə androloq, uroloq, endokrinoloq məşğul olur.
Günay