“Dünyada “Ferrero” şirkətinin kinder məhsulları ilə bağlı hər hansı həyəcan təbili yoxdur”.
Bakupost.az xəbər verir ki, bunj jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, burada Belçikada istehsal olunan kinder məhsulu ilə bağlı həyəcan təbilindən söhbət gedir:
“Ferrero” şirkəti tərəfindən Belçikada qeyd edilən dövrdə istehsal edilən kinderlərdə “Salmonella” bakteriyasının olması ilə bağlı şübhələr var. Azərbaycana da bəzi partiyalar gəlmişdi. Həmin partiyalar bizim tərəfimizdən ekspertiza edildi və onlarda bakteriya aşkar edilmədi. Nə Səhiyyə Nazirliyində, nə də bizdə belə məlumat var. Hazırda marketlərdə olan məhsullar o kateqoriyaya aid məhsullar deyil".
Q.Təhməzli qeyd edib ki, kinder bütün məhsullarını geri çağırmır.
"Belçikada həmin dövrdə istehsal edilən kinderlərdən başqa digər partiyaların satışı davam edəcək.”