Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.
Medicina.az bunu nəzərə alaraq, Azərbaycanda bundan sonra koronavirusa yoluxma riski qrupuna kimlərin daxil ola biləcəyini araşdırıb.
Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev da bir çox xəstəliyi olanların daha ehtiyatlı olmasını bildirib.
Risk qrupuna daxil pasiyentlər:
- Vərəm xəstələri
- Bronxit və pnevmoniyası olanlar
- Leykoz xəstələri
- Onkoloji xəstələr
- Astma və bronxial allergiyası olanlar
- Ağır əməliyyat keçirmiş şəxslər
- Hamilələr
- Yaşı 60-dan yuxarı və xroniki xəstəliyi olan yaşlılar
- Diabet xəstələri
- Çox siqaret çəkənlər
- Kəskin ürək-damar, tənəffüs çatışmazlığı olanlar
- QİÇS, sifilis xəstələri