Ana və uşaq ölümünün qarşısının alınması tədbirlərinin gücləndirilməsi ilə əlaqədar keysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək üçün icra olunan əməliyyatlara da ciddi nəzarət olacaq.
Azərbaycanda ildən-ilə artan keysəriyyə əməliyyatlarının ciddi tibbi göstəriş olmadan həyata keçirilməsinin qarşısını almaq üçün klinikalar və doğum evləri Səhiyyə Nazirliyi tərəfindən ciddi sorğulanacaq.
Medicina.az Sputnika.az-a istinadən bildirir ki, 2014 –cü illə müqayisədə hər 100 hamilə qadına keysəriyyə üsulu seçən qadınların sayı 30% artıb. 2016-cı ildə 158 051 doğumun 46 555 –i keysəriyyə əməliyyatı vasitəsilə baş tutub.