Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacaq.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin “Hədəf” verilişində deyib.
“Üzümüzə gələn müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Burada Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olacaq. Onlar çimərliklərdə monitorinqlər aparacaqlar.
Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Amma ən azından bunu düşünmək istəyirik"
Onun sözlərinə görə, son günlərin statistikası ümidvericidir. Demək olar ki, sağalmamız yeni yoluxmanı ötüb.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.