Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
"Medicina" xəbər verir ki, , bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 may tarixinə qədər uzadılmışdı.
Azərbaycanda yeni koronavirusla bağlı 2020-ci ildən karantin rejimi qüvvədədir.