Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda insanlar bağırsaq xəstəliklərini gizlədir - Professor Musayev

  • 2022.02.01 17:46
  • 2634 Baxış
Azərbaycanda insanlar bağırsaq xəstəliklərini gizlədir  - Professor Musayev

Son illər Azərbaycanda mədə bağırsaq, xüsusən koloproktoloji xəstəliklər artmaqdadır. Təəssüf ki, xəstələr həkimə o vaxt özünü yetirir ki, xəstəlik artıq irəliləyərək, əməliyyata çatır.

Medicina.az xəbər verir ki, azərbaycanlı professor Xaləddin Musayev insanları bağırsaqlarını yoxlatmaqdan çəkinməməyə çağırıb.

"Təcrübəmizə əsasən, 50-60% xəstələr cərraha müraciət edəndə, xəstəlik artıq ağır formaya çatmış olur. Gecikmiş halda müdaxilə və tibbi müalicə də elə effektiv olmur. Çox xəstələr türkəçarə, televiziyada gördükləri dərmanlarla müalicə olunmağa çalışır. Əksər hallarda ciddi bağırsaq xəstəliklərində dərmanlar müsbət təsir vermir. Mədə-bağırsaq müalicəsində reklam ardıyca qaçmasınlar, vaxtında mütəxəssisə müraciət etsinlər.

.Bəzən insanlar da, həkimlər də bağırsaq xəstəliklərinə, əməliyyatlarına adi və asan yanaşır. Amma mən hesab edirəm ki, mədə-bağırsaq əməliyyatları cərrahiyyədə ən çətinidir.

Çünki xəstələr uzun illər bağırsaq problemini həkimlərdən və ətrafından gizlədir, onlar spontan olaraq xarici və Türkiyə dərmanları ilə müalicəyə cəhd edirlər. Xəstəni qəbul edirik, məlum olur ki, illərdir bağırsağından qanlı, irinli selikli axıntı gəlib, müayinə edəndə isə çox ağır mənzərə ilə qarşılaşırıq"

Koloproktoloji xəstəliklər qəfildən, bir günün içində yaranmır. Normadan yoğun bağırsaq 1 metr yarım ola bilər.

Bağırsaqda 8 sm-lik bir şişin yaranması üçün illər lazımdır. Şiş toxuması hələ yaranmamışdan əvvəl siqnallar verir. Simptomlar əsasən bağırsaq qıcıqlanması, ishal, tez-tez tualetə getmək, zəiflik, nəcisin selikli olmasıdır.

Əgər kimdəsə bu əlamətlər varsa, yubatmnadan müayinədən keçsin.

Professor qeyd edib ki, mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb qeyri-düzgün qidalanma, zərərli qidalar, stress, az hərəkət etmək, irsi genetik amillərdir.

40 illik həkimlik təcrübəmdə bu gün bağırsaq xəstələrinin sayı 20 il əvvəlkindən qat-qat çoxdur. Əvvəllər xoralı kolitə ildə bir iki dəfə rast gəlirdiksə, indi az qala hər gün belə xəstə görürük.