Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda insanın klonlaşdırılması qadağan olunur

  • 2017.12.20 14:23
  • 13071 Baxış
Azərbaycanda insanın klonlaşdırılması qadağan olunur
Azərbaycanda insanın klonlaşdırılması qanunla qadağan olunur.


 

Medicina.az modern.az-a istinadən xəbər verir ki, bu barədə yeni hazırlanan "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində qeyd edilib.


Qanun layihəsinin 15-ci (Reproduktiv hüceyrələrin saxlanılması hüququ) maddəsində bildirilib ki, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrin saxlanılması hüququna malikdirlər. Reproduktiv hüceyrələrin və embrionun kriokonservasiyası, materialın dondurulması metodu, reproduktiv hüceyrə və embrionun saxlanması şəraiti və müddətləri, ər-arvadın boşanması, onlardan birinin ölməsi halında reproduktiv hüceyrələrin və embrionun istifadəsi və məhvi yazılı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır. Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər. Reproduktiv hüceyrələrin saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.


Yeni qanun layihəsi parlamentin payız sessiyasının işlər planına daxil edilib.