Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda immun plazması ilə sağalan koronavirus xəstələrinin SAYI

  • 2021.07.02 19:46
  • 1451 Baxış
Azərbaycanda immun plazması ilə sağalan koronavirus xəstələrinin   SAYI

COVID-19 ilə mübarizəyə ayrılan xəstəxanalarda müalicə alan talassemiya xəstələrində ciddi qan azlığı yaranırdı. Pandemiya dövründə Milli Hematologiya və Transfuziologiya Mərkəzi həmin xəstəxanaları təmannasız qan və qan komponentləri ilə təmin edib.

Medicina.az xəbər verir ki, bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

O bildirib ki, bura trombosit kütləsi, təzə dondurulmuş plazma ilə təmin edilmə daxildir:

“COVID-19 infeksiyasının müalicəsində vaksindən öncə ən effektiv müalicə metodlarından biri COVID-19 immun plazmasının verilməsidir. Bu araşdırma bizim mərkəzdə aparıldı. Biz immun plazma hazırlayaraq 400-dən çox koronavirusa yoluxan xəstələrin müalicəsinə kömək etdik”.