Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ilk - Xəstə oyaq halda, beyin əməliyyatı olundu

  • 2021.12.17 16:11
  • 2491 Baxış
Azərbaycanda ilk -  Xəstə oyaq halda, beyin əməliyyatı olundu
Respublika Diaqnostika Mərkəzində ilk dəfə xəstəyə oyanıq beyin əməliyyatı icra edilib.

Medicina.az xəbər verir ki, 18 yaşlı xanım xəstədə danışıq mərkəzinə və motor korteksinə yaxın yerləşmiş törəmə aşkar olunub və xəstənin üzərində RDM-in neyrocərrahı, uzman Röyal Mehtiyev tərəfindən oyanıq beyin əməliyyatı icra edilib.

Əməliyyat müddətində xəstə oyanıq şəkildə həkimlərin suallarını cavablandırıb.

Xəstənin ətraflarının hərəkəti və danışığının müşahidə altında saxlanılması, beyinin həyati funksiyalarına zərər yetirmədən törəmənin maksimum şəkildə xaric edilməsinə kömək edir.

Bu əməliyyat həm cərrah, həm anestezioloqun peşəkarlığı, həm də keyfiyyətli texnologiya tələb edir. Lakin maddi cəhətdən digər beyin əməliyyatlardan fərqlənmir. Avropa, ABŞ kimi inkişaf etmiş ölkələrdə geniş yayılmış əməliyyat növü olsa da, Azərbaycanda uğurla icra edilən ilk əməliyyat hesab edilir.