Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ilk dəfə xəstələr üçün süni dəridən istifadə edilir - VİDEO

  • 2018.03.08 22:49
  • 20017 Baxış
Azərbaycanda ilk dəfə xəstələr üçün süni dəridən istifadə edilir -  VİDEO
Ölkəmizdə ilk dəfə olaraq bir sıra yaraları sağaltmaq üçün süni dəridən istifadə edilir.


Medicina.az Xezerxeber.az-a istinadən xəbər verir ki, insan dərisinin tərkibinə ən yaxın olan süni dəri isə heyvandan alınır.

 


Süni dərini bədənin istənilən nahiyyəsindəki yaralara tətbiq etmək olar. Bundan əlavə, yaşından asılı olmayaraq istənilən insanların yaralarında tətbiq etmək olar. Belə ki, süni dəri yaraya tikilir və daha sonra üzərinə xüsusi sarğı yapışdırılır.


Sağalandan sonra yalnız süni dərinin üzərinə qoyulmuş sarğını çıxarmaq lazımdır. Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, fleboloq-cərrah Vüqar Fəttahpur deyir ki, süni dəri yataq yaralarının da sağalmasında istifadə edilə bilər. Süni dəri yaranı kənardan mərkəzə doğru qısa müddətdə sağaldır.


Süni dəri qoyulduğu nahiyyənin hüceyrələrinə uyğunlaşır. Ona görə hansısa yaranın bağlanması üçün başqa yerdən dərinin kəsilərək yapışdırılmasından daha effektivdir.


Həkimin sözlərinə görə, süni dərini yaranın ölçüsündən asılı olaraq qoyulur. Ölçüsü böyük yaralarda müəyyən hallarda ikinci dəfə də istifadə etmək olar.