Azərbaycanda ilk dəfə kadavra diseksiya kursu keçiriləcək.
Medicina.az xəbər verir ki, kurs Azərbaycan Estetik Təbabət Assosiasiyasının (AETA), onun Anatomiya layihəsi olan İCA (İnternational Cadaver Academy), Azərbaycan Rinoloqlar cəmiyyəti, Azərbaycan Otorinolarinqologiya cəmiyyəti və Türkiyənin Uluslararası Sağlık Egitimi Araştırmalar Derneğinin (USEAD) birgə təşkilatçılığı ilə baş tutacaq.
15-17 dekabr tarixlərində Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialında keçiriləcək kursda iştirakçılar Rinoplastika, FESC (Funksional Endoskopik Sinus Cərrahiyyəsi) və Qulaq Cərrahiyyəsi (Otoplastika, Mirinqotomiya, Timpanostomiya, tip Timpanoplastika, Stapedektomiya, Stapedoplastika və s) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Uluslararası Sağlık Egitimi Araştırmalar Dərnəyi başkanı Prof. Dr. Selim Erbek, Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının müdiri Prof. Dr. Nazim Hüseynov və Azərbaycanın baş Otorinolarinqoloqu, Azərbaycan Tibb Universitetinin Otorinolarinqologiya kafedrasının müdiri Prof. Dr. Vəfa Pənahian, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının assitenti və Azərbaycan Rinoloqlarının Rinologiyanın İnkişafına Dəstək İctimai Biliyinin sədri Phd. Dr. Məzahir Quliyev, Prime Hospitalın Otorinolarinqologu Uzm. Dr. Elnur Əkbərov Kadavra Diseksiyası kursuna rəhbərlik edəcəklər. Onlar öz bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər.
Qeydiyyat üçün AETA və İCA əməkdaşları ilə əlaqə saxlamağınız xahiş olunur.
Telefon - 050 323 45 05
Yerlər məhduddur.