Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bu xəstəxanada uşaqları kor olmaqdan xilas edəcəklərAzərbaycanda İLK

  • 2018.09.19 13:48
  • 12080 Baxış
 - Bu xəstəxanada uşaqları kor olmaqdan xilas edəcəklər Azərbaycanda İLK


Bəzən göz xəstəlikləri müalicə olunsa da, əldə olunan görmə qabiliyyəti normal həyat fəliyyəti üçün pasiyentlərə kifayət etmir. Xəstələr oxumaqda, tv izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmirlər. Belə hallarda əksər xəstələr bu görmə ilə qane olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürdürürlər.


Medicina.az xəbər verir ki, belə xəstələr üçün Azərbaycanda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Low vision bölməsi yaradılıb.


Ölkəmizdə ilk dəfə yaradılmış, son texnologiya ilə təhciz olunmuş, yüksək elmi potensiala malik bölmədə hər bir xəstəyə fərdi yanaşılaraq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə Low Vision cihazları seçilir və təyin edilir.


Bu sahədə ixtisaslaşan usaq oftolmoloqu Aysel Əkbərova deyir ki, 0-3 yaş qrupuna aid olan uşaqlara xüsusi diqqət ayrılır.


Təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumatın verilməsi və Low vision cihazları ilə fərqli bir metodla müalicə aparılmasından ibarətdir. Burada 0-3 yaş arası zəif görən uşaqlar üçün xüsusi reabilitasiya proqramı təyin edilir. Bu müalicədən sonra həqiqətən görmə funksiyası olmayan bir uşaqda, görmə xaricdən qazandırılaraq gələcəkdə ən azından özünün minimal ehtiyaclarını ödəməyə imkan verən görmə itiliyi qazandırılır:


Xəstəxanadan bildirilib ki, yaradılan yeni Low vision bölməsinin vasitəsi ilə yüzlərlə körpə korluqdan və zəif görmə sindromundan xilas ediləcək.


"Bu bölmədə uşaqların dünyaya tam işıqlı gözlə baxması üçün hər cür imkanlarımız və mütəxəssislərimiz var. Belə uşaqların tam müalicəsinin aparılıması üçün ən müasir teleskopik, mikroskopik, prizmatik eynəklər, müxtəlif böyüdücü cihazlar, işıq filtirləri təyin edilir”, - deyə xəstəxanadan qeyd edilib.


Medicina.az


 - Bu xəstəxanada uşaqları kor olmaqdan xilas edəcəklər Azərbaycanda İLK
 - Bu xəstəxanada uşaqları kor olmaqdan xilas edəcəklər Azərbaycanda İLK
 - Bu xəstəxanada uşaqları kor olmaqdan xilas edəcəklər Azərbaycanda İLK