Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ilk: bu klinikanın muzeyi açıldı – FOTOLAR

  • 2020.01.21 17:03
  • 5239 Baxış
Azərbaycanda ilk: bu klinikanın muzeyi açıldı –  FOTOLAR

Azərbaycanda ilk dəfə özəl klinikalar içində maraqlı addım atılıb. Bioloji Təbabət MMC-nin ümdə məqsədlərdən biri reallaşdı və yanvarın 16-da Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı oldu.

Medicina.az klinikanın yaranma tarixi və muzey barədə ətraflı məlumatı təqdim edir.

Əsası alman alimi Rekveeq tərəfindən qoyulan Bioloji təbabətin vətəni Almaniya sayılır.Almaniyadan sonra bu təbabət dünyanın İsveç, İtaliya, Belçika, Kolumbiya və s. ölkələrində də inkişaf edərək effektli müalicə üsulu kimi geniş yayılıb.Zaman keçdikcə insanlar orqanizmlərini kimyəvi dərmanlarla zəhərləməyən müalicə üsuluna daha çox maraq göstərirdilər.Orqanizmə vahid sistem kimi yanaşan bu müalicə üsulu təkcə xəstəliyin simptomlarını deyil, onu yaradan səbəbi aradan qaldırmaqla bütövlükdə xəstəni sağaldır. Bu səbəbdən artıq bioloji təbabət Avropanın 10 ölkəsinin səhiyyə sistemində öz qətiyyətli sözünü deyir. Dünyanın 42 ölkəsinin təhsil ocaqlarında tədris olunur. 150 il əvvəl isə bu müalicənin tətbiq olunduğu Krallıq xəstəxanası fəaliyyətə başlayıb.


Qürurverici haldır ki, 200 ildir İngiltərədə Kral ailəsinin dəyər verib sağlamlığını etibar etdiyi belə bir müalicə üsulunun Azərbaycanda təbliği missiyasını məhz Bioloji Təbabət MMC həyata keçirdi. Sağlamlıq problemi olan insanların bu zərərsiz terapiya ilə müalicə almasına şərait yaratmaq məqsədilə 10 il əvvəl Bakıda Bioloji Təbabət klinikası istifadəyə verildi. Klinikaya Bioloji təbabətlə müalicəyə üstünlük verən həkimlər cəlb edildi. Onların bu sahədəki biliklərinin daha da təkmilləşdirilməsi üçün kurs və seminarlar təşkil olundu.

Artıq klinikanın peşəkar həkimləri trofik xora, revmatoid- artrid, atereoskleroz, bronxial astma , kron, ulserativ kolit kimi çətin sağalan xəstəliklərin müalicəsində dünyanın məşhur həkimləri ilə rəqabətə girə biləcək uğurlar qazanıblar.Bioloji Təbabət MMC-nin rəhbərliyinin məqsədlərindən biri biotənzimləyici müalicə üsulunu Azərbaycanda daha da genişləndirmək idi.Bunun üçün Sumqayıtda, Göyçayda, Masallıda Bioloji Təbabət klinikaları fəaliyyətə başladı. Bir çox xroniki xəstəliklərin biotənzimləyici terapiya ilə müalicəsində uğurlu nəticələr qazanan həkimlərin sorağı artıq ölkəmizin sərhədlərini aşdı.Bu uğurlar Türkiyə, İran, Ərəb ölkələri, Rusiya vətəndaşlarının da müalicə üçün Bioloji Təbabət klinikasına üz tutmasına rəvac verdi.





İllər keçdikcə orqanizm üçün ziyansız, eyni zamanda effektli müalicə üsulu olan biotənzimləyici terapiya ölkəmizdə özünü daha çox təsdiqlədi.Buna görə praktikalarında bu müalicə üsuluna üstünlük verən həkimlərin sayı da getdikcə artmağa başladı. Bu gün artıq Azərbaycanın hər bir rayonunda bioloji təbabətlə məşğul olan xeyli həkim çalışır. Çox keçmədi, Bioloji Təbabət MMC-nin təşəbbüsü ilə bir çox alim və professorların təmsil olunduğu Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti yaradıldı.Biotənzimləyici terapiyanın dərinliklərini və effektivliyini elmi məqalələrlə, praktik nümunələrlə sübut edən Bioloji Təbabət jurnalı nəşr olundu.Bu müalicə üsulu sayəsində həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada mükafata layiq görüldü.Bioloji Təbabətlə müalicə üsulunun Azərbaycanda qazandığı yeni-yeni uğurlar eyni adlı muzeyin təşkilinə zəmin yaratdı.

Nəhayət , Bioloji Təbabət MMC-nin ümdə məqsədlərdən biri də reallaşdı və yanvarın 16-da Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı oldu.




Bioloji Təbabət klinikası insanların orqanizmə heç bir zərər verməyən biotənzimləyici təbabətlə müalicəsinə üstünlük verdiyi kimi uzun illər bu terapiyanın Azərbaycanda təbliğinə səy göstərmiş həkimlərin dəyərləndirilməsinə də böyük önəm verir.

Bu baxımdan muzeyin ilk eksponatları Bioloji Təbabət klinikası açılan gündən bu kollektivdə çalışaraq illərini biotənzimləyici terapiya ilə müalicəyə həsr etmiş nevropatoloq Vahid Məmmədov və terapevt-pulmonoloq Elaza xanım Mikayılzadənin büstləri oldu. Hər iki büst Bioloji Təbabət MMC-nin təsisçisi Elxan Yaqubovun təşəbbüsü ilə hazırlanıb. Muzeyin açılışına həsr edilən tədbirdən öncə rəhbərlik başda olmaqla klinikanın bir qrup əməkdaşı onların dəfn olunduğu məzarlığı ziyarət edərək qəbirləri üstünə əklil qoydular.

Sonra tədbir Vahid doktorla Elaza xanımın ailə üzvləri və yaxınlarının, eləcə də vaxtı ilə onlarla birgə çalışmış həmkarlarının iştirakı ilə Bioloji Təbabət klinikasında davam etdirildi.

Tədbiri giriş sözü ilə Bioloji Təbabət MMC-nin təsisçisi və baş direktoru Elxan Yaqubov açdı. O, Azərbaycanda biotənzimləyici müalicə üsulunun uğurlu nəticələrə imza atdığı bir vaxtda belə bir muzeyin yaradılmasının vacib olduğunu vurğulayaraq söylədi ki, bu illər ərzində biotənzimləyici təbabətlə müalicə sayəsində həkimlərimizin qazandığı uğurlara aid sənədlər, videomateriallar, fotoşəkillər, pasientlərimizin məmnunluğunu ifadə edən görüntülər bu muzeydə toplanacaq. Elxan müəllim bir vacib amili də qeyd etdi ki, zaman keçəcək, Bioloji təbabət ölkəmizdə o qədər genişlənib inkişaf edəcək ki, taleyini həkimlik sənəti ilə bağlayanların, səhhətində problem olan hər kəsin həyatının bir parçasına çevriləcək. Sağlamlığına önəm verən hər bir pasient bu təbabətdən faydalanacaq, onun effektini görəcək. Bu baxımdan bu gün təməli qoyulan Bioloji Təbabət muzeyi gələcək nəslə bir töhfədir.


Elxan müəllim çıxışında onu da qeyd etdi ki, Bioloji təbabəti Azərbaycanda təbliğ etmək, onun effektivliyini insanlara çatdırmaq heç də asan olmayıb.Bəzi həkimlərin dərindən bələd olmadığı üçün bu terapiyanı qəbul etmədikləri bir dönəmdə Vahid doktorla Elaza xanım ona dəstək olublar.Bioloji təbabətin dərinliklərinə yiyələnib öyrəndiklərini kurslarda digər həmkarlarına da çatdırıblar. Məhz bu müalicə üsulunun effektinə inanaraq yüzlərlə əlacsız xəstəyə sağlamlıq bəxş ediblər. Bu gün Azərbaycanda biotənzimləyici terapiyanın uğur qazanmasında hər iki həkimin böyük zəhməti olduğundan onların ruhu qarşısında hörmət və təşəkkürün ifadəsi olaraq xatirələrini əbədiləşdirmək üçün büstləri hazırlanıb.



Sonra büstlərin üzərindəki örtük açildı, ailə üzvləri və yaxınları tərəfindən ətrafına gül dəstələri qoyuldu. Tibb elmləri doktoru, professor, Bioloji Təbabət və Antihomotoksik Təbabət Cəmiyyətinin prezidenti Fikriyyə xanım İbrahimova, Bioloji Təbabət klinikasının direktor müavini Səbirə Yaqubova, baş həkim Gülnar Quliyeva, eləcə də qonaqlar çıxışlarında hər iki həkim barədə xatirələrini bölüşdülər. Vahid doktorla Elaza xanımın həm peşəkar həkim, həm də xeyirxah, qayğıkeş, mərd insan kimi onların xatirəsində əbədi yaşayacaqlarını qeyd etdilər.


Tədbirin sonunda Vahid doktorla Elaza xanımın ailə üzvləri çıxış edərək onların valideynlərinin ruhuna dərin hörmətlə yanaşan Bioloji Təbabət klinikası rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirərək bu xeyirxah addıma görə onlara təşəkkürlərini bildirdilər. Sonra Vahid doktorla Elaza xanımın iki variantda hazırlanan büstlərinin digəri ailəsinə təqdim edildi. Tədbir kollektivin və qonaqların xatirə şəkli ilə əbədiləşdirildi.