Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ildə neçə nəfər dəm qazından ölür?

  • 2025.03.13 15:43
  • 132 Baxış
Azərbaycanda ildə neçə nəfər dəm qazından ölür?


2024-cü il ərzində ölkə üzrə dəm qazı hadisələrinin sayı 424 olub. Bu zaman xəsarət alaraq zəhərlənmiş insanların sayı 483 nəfər, ölənlərin sayı isə 44 nəfər təşkil edib.

"Medicina" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.


Məlumata görə, 2025-ci ilin ötən dövründə dəm qazı hadisələrinin sayı 152, ondan xəsarət alaraq zəhərlənmiş insanların sayı 158, ölənlərin sayı isə 11 nəfər olub.