Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda iki qardaş metil spirtindən öldü

  • 2020.04.11 16:51
  • 1372 Baxış
Azərbaycanda iki  qardaş metil spirtindən öldü

Sumqayıtda iki qardaş içdikləri metil spirtdən zəhərlənərək ölüb.

Medicina.az xəbər verir ki, APA-nın məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək, aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.

İ.Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N.Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.