Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda İİV-ə ən çox bu üsulla yoluxurlar

  • 2018.04.13 14:10
  • 13939 Baxış
Azərbaycanda İİV-ə ən çox bu üsulla yoluxurlar
Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionunda İİV-ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Bu haqda məlumat 2016-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dərc edilib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkədə yoluxma daha çox yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında qeydə alınır.


"2017-ci ildə aşkar olunan İİV-ə yoluxma hallarının 15,6%-i və ümumilikdə 1987-2017-ci illər ərzində isə aşkar olunan halların 46%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2017-ci ildə, əvvəlki illərdə olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə mübarizə sahəsinə, ilk növbədə müayinə və onların çeşidinin genişləndirilməsinə böyük önəm verilib. Bununla əlaqədar müayinələrin sayı, xüsusilə ekspress-testləşdirmənin tətbiqi artıb. Nəticədə İİV-ə yoluxmuş insanların aşkarlanma səviyyəsi yüksəlib. Alınan nəticələr 2020-ci və ardınca 2030-cu illər üçün müəyyənləşdirilmiş hədəflərə nail olmağa əsas verir”.

 


Məlumatda bildirilib ki, İİV müayinəsi anonim şəkildə Respublika QİÇS–lə Mübarizə Mərkəzində və 10 regional laboratoriyada, RGEM-nin və Naxçıvan MR QİÇS-lə mübarizə Mərkəzinin İİV-diaqnostika laboratoriyasında, həmçinin, regionlarda fəaliyyət göstərən 48 könüllü müayınə və məsləhət məntəqələri şəbəkəsində keçmək mümkündür. Respublikanın bütün tibb müəssisələrinə İİV-ə müayinə üçün müraciət etmək mümkündür.


Azərbaycanda İİV-infeksiyasına yoluxan insanların aşkar edilməsi məqsədi ilə aparılan müayinələrin sayı ildən- ilə artırılır. Əgər 2016-cı ildə 585190 müayinə aparılmışdısa, 2017–ci ildə analoji göstərici 742641 barəbər olub.