Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədilə bilavasitə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında il ərzində respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərinin bakterioloji və fiziki-kimyəvi göstəricilərinə görə 704 su nümunəsi müayinə edilib.
Medicina.az xəbər verir ki, , bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb. Kimyəvi göstəricilərdən 0,9 faiz, bakterioloji göstəricilərdən 15 faiz dövlət standartlarının tələblərinə cavab verməyib. Standartın tələblərinə cavab verməyən nəticələr barədə "Azərsu" ASC-yə təkliflər verilib.
Bakı şəhərinin əhalisinin içməli su təminatı üzərində aparılan monitorinq zamanı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı və H.Z.Tağıyev adına Su Təchizatı Komplekslərindən götürülmüş 71 su nümunəsi bakterioloji, orqanoleptik, kimyəvi göstəricilərə görədövlət standartlarının tələblərinə uyğun olub.
Bakı şəhəri məhəllədaxili su anbarlarında müayinə olunmuş 790 su nümunəsində qeyri-kafi nəticələr bakterioloji göstəricilərdə 6,3 faiz təşkil edib, orqanoleptok və kimyəvi göstəricilərdə isə norma daxilində olub /apa.az/