Bu gün Azərbaycanda ilk dəfə Beynəlxalq Diabet Konqresi keçirilir.
Medicina.az xəbər verir ki, konqres Azərbaycan Diabet Cəmiyyəti və Azərbaycan Diabet Terapevtik Asossiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Əsas məqsəd modern təbabətdə diabetə yönəlmiş müalicə metodları, şəkərli diabetin yaratdığı fəsadların müzakirəsidir. Beynəlxalq proqram əsasında keçirilən tədbirə xaricdən dəvət olunmuş mütəxəssis də qatılacaq. İlk dəfə olaraq Azərbaycanda metobolik cərrahiyyədən, günümüzdə piylənmə və piylənmədən sonra əmələ gəlmiş ikinci tip şəkərli diabetin müalicəsində barriatrik metobolik cərrahiyyənin rolundan bəhs olunacaq. Bundan başqa son 5-6 illik nəticələr gündəmə gətiriləcək.
Medicina.az