“İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub”.
"Medicina" xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
“Azərbaycan İİV-yə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-yə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68%-i kişi, 32%-i isə qadın olub”.
Aygün M