2023-cü ilin səkkiz ayı ərzində Azərbaycanda 29 334 nəfər (Bakı şəhəri üzrə 7 034 nəfər ) heyvan dişləməsi və cırmaqlamasına məruz qalıb.
"Medicina" xəbər verir ki, onlardan 13 554-ü (Bakı şəhəri üzrə 2 389 nəfər) məlum it, 9 411-i (Bakı şəhəri üzrə 2 060 nəfər) naməlum it, 5 228-i (Bakı şəhəri üzrə 2 307 nəfər) pişik, 446-sı (Bakı şəhəri üzrə 150 nəfər) siçovul, 695-i (Bakı şəhəri üzrə 128 nəfər) isə digər heyvanlar tərəfindən zədələnməyə məruz qalanlardır.
Respublika üzrə iki quduzluq hadisəsi qeydə alınıb və 2 xəstə vəfat edib.