Son 10 gündə apardığımız müşahidə göstərdi ki, ölkədə yoluxanların sayında ciddi artım var, sağalanların sayı arasında fərq ürəkaçan deyil.
Medicina.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı bildirib.
“18-24 may tarixlərində 848 nəfər yeni yoluxan, 592 sağalan, 10 nəfər vəfat edən olmuşdur.
Ondan sonrakı həftədə isə 1372 nəfər yeni yoluxan, 14 nəfər vəfat edən olmuşdur.
Yoluxanların sayı sağalanların sayından çoxdur.
Sonuncu həftədə sağalanların sayı əvvəlki həftələrə nisbədən daha da az olmuşdur və ölən xəstələrin sayı təbii ki, artmışdır.
Buradan göründüyü kimi, yoluxma sayı sürətlə artır. Aparılan analizlərin nəticəsi göstərib ki, son həftələr arasında təkrar testlərdə pozitiv çıxanların sayı artır, bununla da evə yazılan xəstələrin sayında azalma müşahidə edilir. Səhiyyə müəssisələrimizdə yüklənmə var”.