"B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın yeni tərkibi təsdiqlənib.
Medicina.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev qərar imzalayıb.
Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Fərrux Sədirov - Kliniki Tibbi Mərkəz publik hüquqi şəxsin, Infeksion xəstəliklər şöbəsinin müdiri, həkim infeksionist;
Komissiyanın üzvləri:
Süleyman Şamilov - Mərkəzi Neftçilər Xəstəxanasının həkim infeksionisti;
Turan İbrahimova - "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin İnfeksion nəzarətin təşkili şöbəsinin koordinatoru
Gülnar Axundzadə - "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin infeksion xəstəliklər üzrə mütəxəssisi;
Fidan Mehdiyeva - Professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi;
Aişə Kərimova - "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin infeksion xəstəliklər üzrə mütəxəssisi;
Nigar Babayeva - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin məsləhətçisi.
Qeyd edək ki, Komissiyanın əvvəlki sədri həkim-infeksionist Vasif Əliyev idi.