Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dosenti İlham Əhmədov vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova paylaşım edib.
O qeyd edib ki, mərhum uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!