“Azərbaycanda həkim çatışmazlığından söhbət gedə bilməz. Ölkəmizin bütün səhiyyə müəssisələrində çalışan kifayət qədər həkimlər var”.
Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.