“Bildiyiniz kimi, omikron ştamı geniş yayılmaqdadır. Bununla bağlı rəqəmlər artmaqdadır”.
Bunu yeni təyin olunan səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur. Vəziyyət nəzarət altındadır. Yoluxanların təxminən 40 faizi omikrondur.
T.Musayev əlavə edib ki, yaxın zamanlarda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur.
“Vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır. Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin Azərbaycanda da kliniki sınaqlarının başlanması nəzərdə tutulur”.