Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda gözə limbal kök hüceyrə köçürüldü - İlk dəfə

  • 2018.10.08 17:15
  • 9460 Baxış
Azərbaycanda gözə limbal kök hüceyrə köçürüldü -  İlk dəfə

Medicina.az xəbər verir ki, əməliyyatı həyata keçirən həkim oftalmoloqlar Şahin Novruzlu və Rəhimə Poluxova Axar.az-a bildirib ki, limbal kök hüceyrə köçürmə əməliyyatı gözün buynuz qişasında aparılan unikal bir əməliyyatıdır.


10 ildir buynuz qişanın xorası səbəbiylə müalicə almasına baxmayaraq gözündə şiddətli ağrıları davam edən xəstəyə oftalmoloqlar Şahin Novruzlu və Rəhimə Poluxova tərəfindən limbal kök hüceyrə köçürülməsi əməliyyatı həyata keçirilib.


Ş.Novruzlu bildirib ki, 10 ildir şikayəti davam edən xəstə, onlarla dərman istifadə etməsinə baxmayaraq, ağrıları davam edib. Müayinə nəticəsində buynuz qişada damarlanmaların, böyük xoranın olduğunu aşkarlanıb.


Xəstəyə kök hüceyrə köçürülməsi əməliyyatına qərar verilib. Xəstənin gözündəki kök hüceyrə yetməzliyi sahəsinin böyük olduğunu nəzərə alaraq digər gözündən konyunktival qreftlə birlikdə limbal kök hüceyrə köçürülüb. Xəstənin əməliyyatdan sonra şikayətləri tamamilə keçib, qızartı, yanma, batma şikayətləri aradan qalxıb və xəstə komfortlu həyat tərzinə davam edib.