Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda geniş yayılmış Böyrək çatışmazlığının əlamətləri

  • 2022.04.20 14:27
  • 2408 Baxış
Azərbaycanda geniş yayılmış   Böyrək çatışmazlığının əlamətləri

Bugün dünyada bəzi xroniki xəstəliklər epidemiya şəklində çox yayılmışdır. Bu xəstəliklərdən biri də böyrək çatışmazlığıdır. Hər hansı xəstəlik zamanı müalicənin uğuru bu xəstəliyin erkən zamanda təyin edilməsi ilə sıx bağlıdır.

Medicina.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov açıqlama verib.

Həkim bildirib ki, xroniki böyrək xəstəliyi irəli mərhələyə qədər hər hansı şikayətlə özünü göstərməyə də bilər. Amma aşağıda sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunursa, həmin insanda böyrək xəstəliyinin olmasından şübhə edilə bilər. Şikayətləri hiss edən şəxs ən qısa zamanda gərəkli müayinələrdən keçməlidir.

- Halsızlıq, tez yorulma, enerji itkisi;
- Konsentrasiya pozulması;
- İştahsızlıq;
- Yuxu pozulması;
- Gecələr müşahidə olunan əzələ spazmları;
- Ayaqlarda şişkinlik, xüsusilə aşağı hissədə;
- Daha çox hallarda səhərlər göz ətrafında şişkinlik;
- Dəridə quruluq və qaşınma;
- Xüsusilə gecələr tez-tez sidiyə getmək.